Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Novo-Oqaryovoda görüşü baş tutub.
“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, Putinlə Paşinyan Azərbaycan və Ermənistan arasında və bütövlükdə regionda münasibətlərin normallaşmasına kömək etmək məqsədilə Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli əməkdaşlığın intensivləşdirilməsi barədə razılığa gəliblər.