17 aprel 2022ci il “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətən müharibəsi qəhrəmanlarının övladları ilə mədəni tədbirlərin keçirilməsi” adlı layihəsi çərçivəsində Şəhid və qazilərin övladlarıyla birgə Gəncə şəhərinə səfər edib.
RUBİN.AZ xəbər verir ki, qonaqları Gəncə şəhər İcra Hakimiyyəti aparatının Vətən müharibəsi istirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Ayxan Babayev qarşılayıb.
Səfər zamanı şəhərin tarixi yerlərinə gedilərək, uşaqlara bu yerlər barəsində ətraflı məlumat verilib. İlk oncə Nizami Gəncəvinin məqbərəsi və muzeyi ziyarət olunmusdur. Daha sonra Qələbə parkinda Memorial park kompeleksi, Heydər Əliyev park kompleksi, Gəncənin “İstiqlal” parkında inşa edilən “Memorial Abidə Kompleksi” ziyarət olunub. Vətən müharibəsi zamanı şəhərdə raket atılmış yerlərə gedilib və erməni terroru haqqında məlumat verilib.
Xatırladaq ki, layihə Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan şəhid və qazilərin övladlarının iştirakı və istedadlı gənclərlə mədəni tədbirlərin keçirilməsindən bəhs edir. Layihənin məqsədi Vətən müharibəsi zamanı şəhid olmuş və yaralanmış şəxslərin övladları və istedadlı gənclərlə birgə mədəni tədbirlərin keçirilməsidir.