Skip to content
İyul 5, 2022
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Məleykə Abbaszadə​ sual kitabçalarının verilməmə səbəbini açıqladı
  • Təhsil
  • Təhsil Nazirliyi

Məleykə Abbaszadə​ sual kitabçalarının verilməmə səbəbini açıqladı

Rubin Az Aprel 16, 2022

“Bütün sınaq imtahanlarında sual kitabçaları verilir. Çünki sınaq imtahanlarının məqsədi odur ki, valideynlər uşaqlarının hansı sahədə zəif olduğunu müşahidə edə bilsinlər. Bunun üçün də sual kitabçalarına baxa bilirlər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 11 illlik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrini şərh edərkən deyib.
O bildirib ki, real imtahanlarda sual kitabçaları verilməməlidir: “Heç bir ölkədə belə bir şey yoxdur ki, şagirdlərə imtahandan çıxarkən sual kitabçaları verilsin. 2000-ci ildən sonra biz bu addımı atdıq və şagirlərə real imtahanlarda sual kitabçalarını verdik. Bu zaman biz elmiliyi şəffaflığa qurban verdik.

Amma onu da deyim ki, bizim bu addımı atmağımız üçün yetəri qədər qapalı suallar bazamız var idi. Biz o sual kitabçalarını verməklə bazada olan sualları itirmiş olurduq. Bilirdik ki, daha sonra həmin suallardan istifadə edə bilməyəcəyik. Bunun nəticəsində apellyasiyaların sayı azalmışdı. Bu yolla valideynlər, şagirdlər sualları evdə araşdırır və apellyasiyaya müraciət etmirdilər. İndi biz sual kitabçalarını vermirik. Əgər imtahanın nəticəsi sizi qane etmirsə, elektron imtahanlara daxil olaraq test suallarını yerində yoxlaya, qarşılaşdıra bilərsiniz. Qiymətləri də 3 manatdan 5 manata qədərdir”.

Continue Reading

Previous: Bu gün IX sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək
Next: “III və IV qruplarda müsabiqə gərgin olacaq”

Son Xəbərlər

Azərbaycanda bu idman federasiyaları ləğv olundu
  • İdman

Azərbaycanda bu idman federasiyaları ləğv olundu

Rubin Az İyun 29, 2022
Bu gün Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasın gündəliyinə əsasən,...
Davamı
Azərbaycan Prezidenti Aşqabadda rəsmi qəbulda iştirak edib

Azərbaycan Prezidenti Aşqabadda rəsmi qəbulda iştirak edib

İyun 29, 2022
Prezidentin bu çıxışı gündəm oldu – Video

Prezidentin bu çıxışı gündəm oldu – Video

İyun 27, 2022
Ukraynada ticarət mərkəzinə raket hücumu – Video

Ukraynada ticarət mərkəzinə raket hücumu – Video

İyun 27, 2022
Hava şəraiti Türkiyədə böyük problemlər yaradıb

Hava şəraiti Türkiyədə böyük problemlər yaradıb

İyun 27, 2022

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | .