Novruz bayramı ilə əlaqədar martın 18-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının vaxtından əvvəl ödənilməsi nəzərdə tutulub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Modern.az-a verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, vətəndaşlar sosial ödənişləri müvafiq olaraq bank kartlarına köçürüləcək.