Rusiyanın hər gün hasil etdiyi milyonlarla barel nefti əvəz etmək üçün beynəlxalq ictimaiyyətə 5-10 il lazım olacaq.
Bu barədə Texas Dəmiryol Komissiyasının (ştatın neft tənzimləyicisi) keçmiş komissarı Rayan Sitton bildirib.
Onun sözlərinə görə, ayrı-ayrı dövlətlər və ya şirkətlər tərəfindən satınalmaların rədd edilməsi səbəbindən Rusiya neftinin yeganə əsas istehlakçısı Çin ola bilər və bu halda Pekin öz şərtlərini diktə edə bilər.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Ukraynada baş verən hadisələrə görə Rusiyanın enerji daşıyıcılarına idxal qadağası qoyulduğunu elan edib.
Öz növbəsində Türkiyənin enerji və təbii ehtiyatlar nazirinin müavini Alparslan Bayraktar Rusiya iqtisadiyyatına qarşı məhdudiyyətlərin enerji daşıyıcıları bazarına təsirinin dəhşətli olacağını proqnozlaşdırıb.
Oxu.az