Ay Əli, ay Əli…

Mehmana presinq yoxsa, humanizm

Hazırda həbsdə olan bloger Mehman Hüseynovun Prezidentə məktubundan: “Mən əvvəllər də dediyim kimi kiminsə hərəkətinə görə məsuliyyət daşımıram. Amma kiminsə mənim vəziyyətimdən özü üçün istifadə etməsini də istəmirəm. Məni yalnız bir şey maraqlandırır, azadlığa çıxmaq”…

Düzdür müraciəti bəziləri sual altına alır. Bəziləri də deyir, yazmağa məcbur qalıb. Bir qrup da söyləyir ki, məsələnin gercəyini artıq anlayıb. Bilibki kimlərsə ondan istifadə edir. Başqa bir qrup söyləyir ki  Prezidentin humanizmidir. “Avropadan qorxdular”, “xalq tələb etdi”, “ictimai qınağın nətiəsidir” deyənlər də var…

Başlayaq ondan ki, Mehman həbs olunan gündən azad edilməsi üçün müxtəlif yazılarla çıxış etdim. Onun kiminsə hikkəsi, mənasız siyasi oyun qurbanı olduğunu vurğuladım. Eyni zamanda düz sonaca o fikirimdə israrlıyam ki, adam media mənsubu və media siması deyil.

Bir də həmişə bu fikirdəyəm, bizim, yəni  Azərbaycan üçün yazdığı bir kağız parçası olan təşkilatı belə məmləkətin əleyhinə qaldırmaq olmaz. Nə də olsa sınanmış praktikadır: On-on beş çaqqal birləşəndə, aslanı diri-diri yıxa bilir…

…Mehman ictimai fəal idi, siyasət adamı yox, ondan guya ki, siyasət  adamı düzəltdilər.

…Mehman xaricdən və Bakıdan idarə olunduğu şübhə doğurmayan iki siyasi qrupun mübahisəsi üçün hədəf seçilmişdi. Uğursuz seçim idi. Çünki bu gün də bəlli oldu ki, Mehman əslində tərəfi olmayan admdır. Onu daha çox özü maraqlandırır.

…Mehman söyüş  siyasətçilərinin yaxşı qazanc mənbəyi idi. Yəqin ki, bəlli müraciətini yazmasına səbələrdən biri də bunu başa düşməsi oldu. Bəlkə o müraciəti yazması üçün ən ciddi səbəbi budur.

…Mehman digər siyasi məhbus saydıqlar adamlar kimi müxalifətin mitinq bəhanısi idi. O, bəhanə olmamaq üçün azadlığına doğru addım atdı.

Düzü alqışa layiq addım idi. Üstəlik mübahisədə olduğu Əli Abdalovla artıq barışdığına dair  video və fotonun yayılması onu göstərir ki, adam gerçəkdən özü və azadlığı lazımdır. Mehmanın son dərəcə səmimi barışığı dostca qınağı daa var sözügedən videoda: “Ay Əliii, ay Əliii”…

İndi baxaq ona ki, Mehman Hüseynovla bağlı verilən qərar nələrə səbəb oldu:

…Bir azərbaycanlı gənc, ikinci dəfə məhbəs həyatı yaşamaqdan qurtuldu.

…Bloger fəaliyyətini davam etdirməsinə yenidən şərait yarandı.

…Söyüş müxalifəti, böyük qazancından məhrum oldu. İndi ona yenidən “hücum” etməsi üçün səbəb lazımdır. Yeni səbəb əldə edilənə qədər yeganı yol susmaqdır.

…Müxalifətin mitinq bəhanəsinin ən ciddi səbəbi əlindən alındı.

…Üstəlik xaricdə və daxildə fəaliyyətdə olan və bir birinə qarşı dayanan siyasi klan təmsişçilərinə mesaj verildi.

…Sonda, ikinci cinayət işinə başlamağın  səbələrinin özünün araşdırılması belə Prezident şəxsi nəzarətinə keçdi.

…Eyni zamanda Prezidentin Mehmanla bağlı jesti, siyasətdə söyüş taktikasını seçənlərə tutarlı cavab oldu.

Bütün bunlar Mehman Hüseynovun işinə ictimai presinq nticəsində son verilməsi haqda deyilənlərin boş iddiadan başqa bir şey olmadığının göstəricisidir. Buna o zaman ictimai presinq, qorxu deyə bilərdik ki, ölkənin ən ucqar yaşayış məntəqələrində də məsələ barədə müzakirələr gedərdi.  Bu dəqiq belə deyil. Qısacası ictimai presinq məsələsi avtomatik arxa plana keçir.

Bu sadəcə  humanist addım, çevrəyə intiriqalardan uzaq durmaq mesajıdır. Əsla və əsla qorxu amilinin nəticəsi deyildir.  Bir az da sadələşdirsək, “özünüzü yığışdırın” mesajıdır. Mehmanın Prezidentə müraciətindəki “kiminsə mənim vəziyyətimdən özü üçün istifadə etməsini istəmirəm”  fikri də təxminən eyni mahiyyəti daşıyır.

Bu qədər izahdan sonra yenə “xalq təzyiq etdi”, “Avropa qorxutdu, Azərbaycan geri çəkildi” deyən varsa,  ona sözüm yox,  Mehmandan xarlatmam var: “Mən əvvəllər də dediyim kimi kiminsə hərəkətinə görə məsuliyyət daşımıram. Amma kiminsə mənim vəziyyətimdən özü üçün istifadə etməsini də istəmirəm. Məni yalnız bir şey maraqlandırı, azadlığa çıxmaq”…

Jalə Mütəllimova