Xəbər verdiyimiz kimi, Qazaxıstanda ölkədə baş verən iğtişaşlar zamanı həlak olanlarla bağlı yanvarın 10-u Ümummilli Matəm Günü elan olunub.
“Qafqazinfo”nun məlumatına görə, bununla əlaqədar olaraq Türk Dövlətləri Təşkilatının mənzil-qərargahında təşkilata üzv və müşahidəçi dövlətlərin bayraqları endirilib.
Təşkilat Qazaxıstandakı hadisələr zamanı həlak olanlara rəhmət, yaralılara şəfa, həmçinin ölkənin ən qısa müddətdə normal həyata qayıtmasını diləyib.