Skip to content
May 20, 2022
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Un və çörəyin yeni qiyməti
  • İqtisadiyyat

Un və çörəyin yeni qiyməti

Rubin Az Yanvar 6, 2022

Un və çörəyin satış qiyməti nəzarətə götürülüb.

RUBİN.AZ  xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bununla bağlı məlumat yayıb. İdxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda un və çörəyin real qiyməti formalaşıb. Un və çörək istehsalçıları ilə qiymətin maksimal yuxarı həddi müəyyənləşdirilib. 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti 35 manat 9 qəpik, 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 65 qəpikdir.

Dövlət Xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərini davam etdirəcəyini bildirib. Qeyd edilib ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. Hazırda Dövlət Xidməti un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, iş vaxtları və topdansatış qiymətlərinə dair mütəmadi şəkildə yenilənəcək məlumat bazası hazırlanır və bu gün ərzində ictimaiyyətə açıqlanacaq.

İstehlakçılara un və çörək bazarında qiymət manipulasiyası halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinə müraciət etmələri tövsiyə edilir.

Continue Reading

Previous: “Azərsığorta”nın bəzi səlahiyyətləri DSMF-yə keçib
Next: Qazaxıstanda qazın qiymətini əsassız qaldıran 6 şirkətə cinayət işi açılıb

Son Xəbərlər

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanunda dəyişiklik TƏSDİQLƏNDİ
  • Gündəm
  • Rəsmi
  • Siyasət

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanunda dəyişiklik TƏSDİQLƏNDİ

Rubin Az May 19, 2022
Prezident İlham Əliyev “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. RUBİN.AZ  xəbər verir ki,  qanunun 11.2-ci...
Davamı
Milli Məclisin sədr müavini tələbələr və fəal gənclərlə görüşüb

Milli Məclisin sədr müavini tələbələr və fəal gənclərlə görüşüb

May 19, 2022
Ordumuzun mövqeləri atəşə TUTULDU – RƏSMİ

Ordumuzun mövqeləri atəşə TUTULDU – RƏSMİ

May 19, 2022
Cinayət Məcəlləsində dəyişiklik EDİLDİ – QƏRAR

Cinayət Məcəlləsində dəyişiklik EDİLDİ – QƏRAR

May 19, 2022
Prezident FƏRMAN imzaladı

Prezident FƏRMAN imzaladı

May 19, 2022

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | .