Məşhur meyxanaçı İntiqam ağır vəziyyətdə hospitala çatdırıldı

Məşhur meyxana ustadlarıdan İntiqam və Ehtiram qardaşlarıdan İntiqam axşam saatlarında təcili olaraq ambulansla xəstəxanaya çatdırılmışdır.

“Rubin.az “xəbər verir ki,İntiqamın dediyinə görə, uzun müddətdir bel və ayaq ağrıları vardır. Təqribən 9mm disk yırtığı ilə əlaqədər uzun müddət müalicələr almışdır, amma 4-gün əvvəl İntiqamın belində ağrıları olduğu üçün bir həkimə müraciət edib və belində dartılma əməliyatı olduqdan sonra anidən İntiqamın ayagında zəifləmələr yaranıb. Ayaq əzələlərində zəifləmə uyuşma, yerişin çətinləşməsi yaranıb. Artıq tədricən yeriməsini itirib. Axşam saatlarından etibarən artıq çanaq orqanlarının funksiyası pozulduğuna görə xəstə təcili olaraq ambulansla hospitala gətirilmışdir. Məşhur neyrocərrah Əliosman Qədimbəyli tərəfindən xəstə müayinə olunduqdan sonra təcili əməliyyat qərarı verilmişdir. Axşam saatların da `davay dasvidaniya` meyxanası ilə məşhurlaşan İntiqam təcili olaraq əməliyata götürülmüşdür. İntiqamın dediyinə görə mikrocərrahi üsulla neyrocərrah Əliosman Qədimbəyli tərəfindən təqribən 30mm, böyük bir disk yırtığı azad olnmuşdur. Meyxanaçının dediyinə görə əməliyat uğurla keçmişdir. Təqribən 15-20 dəqlik əməliyyatdan sonra İntiqam bu ağrılardan azad olunmuşdur və artıq əməliyyatdan sonra İntiqam öz normal səhhətinə tədricən geri dönməyə başlamışdır.