“Gecə saat 00:43-də Heydər Əliyev prospektində yaşayış evlərində yanğın olması barədə Bərdə rayonu Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil oldu. Ümumi sahəsi 640 kv.metr olan yaşayış evləri tamamilə alov içində idi”.
Bunu “Qafqazinfo”ya açıqlamasında FHN-in Bərdə rayonu Dövlət Yanğından Mühafizə bölməsinin rəisi Ramiz Abbasov bildirib.
“İki istiqamətdə yanğının söndürülməsinə başlanıldı. Yanğının söndürülməsi işləri davam etdirilir”, – deyə o, qeyd edib.