Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.
RUBİN.AZ xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 3 nəfər “Xalq rəssamı”, 21 nəfər “Əməkdar artist”, 12 nəfər “Əməkdar rəssam”, 7 nəfər isə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.