Türkiyə hesab edir ki, bəzi Avropa ölkələrinin dövlət başçılarının Kiprlə bağlı qəbul etdiyi Afina bəyanatı qərəzlidir.
RUBİN.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tanju Bilgiç deyib.
O, bu qərarın reallıqdan uzaq olduğunu söyləyib.
Qeyd edək ki, AB-nin 9 ölkəsi – Fransa, Yunanıstan, İspaniya, İtaliya, Xorvatiya, Kipr, Malta, Portuqaliya və Sloveniya Kipr probleminin iki zonalı federasiya əsasında həll edilməsi barədə bəyanat qəbul edib. Onlar iki dövlət haqqında istənilən təklifin qəbuledilməz olduğunu bildiriblər.