ATƏT-in Minsk Qrupunun Rusiyadan yeni həmsədri İqor Xovaev Ermənistanda səfərdədir. Erməni KİV -lərinin xəbər verdiyi kimi, bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Ermənistan Xarici İşlər Nazirliyi görüşün digər detallarını açıqlamayıb.
Qeyd edək ki, 31 avqustda İ.Xovaev Bakıda olub və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.