Ermənistan Çaylaqqala və Böyük Tağlar kəndlərində 73 hərbçini İTİRİB

Ermənistan tərəfi Xocavənd rayonunun Çaylaqqala və Böyük Tağlar kəndləri istiqamətində 73 hərbçi itkin düşdüyünü bildirib.

Rubin.az xəbər verir ki, “Sputnik Ermənistan”ın yaydığı məlumata görə, cəbhənin həmin istiqamətində itkin düşən erməni hərbçilər barədə mətbuatda ziddiyyətli məlumatlar yayılıb.

Məlumata görə, tanınmamış Dağlıq Qarabağdakı separatçıların qərargahı Çaylaqqala və Böyük Tağlar kəndlərində itkin düşən 73 nəfərin taleyinin hələ də məlum olmadığını bəyan edib.

Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın bu məsələ ilə bağlı Dağlıq Qarabağa gəldiyi bildirilib.