Galatasaraydan şad xəbər!

Bu gün Neftçi Galatasaray-la qarşılaşacaq

Avropa Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçirilir.

Rubin.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi Neftçi də növbəti avrokubok matçına çıxacaq.

Azərbaycanın ən titullu klubu Türkiyə nəhəngi Galatasaray-ı qəbul edəcək. Bir matçdan ibarət olan və tamaşaçısız keçiriləcək qarşılaşma Bakı Olimpiya Stadionunda baş tutacaq.

Neftçi – Galatasaray cütünün qalibi növbəti mərhələdə Renova (Şimali Makedoniya) – Hajduk (Xorvatiya) duelində üstün olan komandanı qəbul edəcək.

Avropa Liqası

2-ci təsnifat mərhələsi

20:00. Neftçi – Qalatasaray

Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya). Bugün ki, oyun pandemiya səbəbindən azarkeşsiz oynandığı üçün klubun baş məşqçisi Fatih Terim öz açıqlamasında, “Pandemiyadan sonra xüsusi bir səfərin ediləcəyini və yeni bir oyunun keçiriləcəyinin anonsunu verib”.

Qeyd edək ki, Türkiyənin məhşur klubu olan Galatasarayın ölkəmizdə böyük sayda azerkeş ordusu var.