Altı saata möhtac olan “miqdənkənar” müəllimin Təhsil Nazirinə məktubu

Salam Təhsil naziri Emin Əmrullayev!
Hal hazırda Sizlərə realda hazırki durumumuzu anlatmaqda çox çətinlik çəkdiyimiz üçün, virtualdan səsimizi eşidib bizə düşdüyümüz çıxılmaz duruma görə, keçmişTəhsil Nazirliyinin göstərişi ilə heç bir qanuni əsası olmayan 6 saat dərs qadağasının qanunlarda öz əksini tapmayan RTŞ və direktorlara şifahi göstəriş əsasında verilən yüzlərlə müəllimin düşdüyü acınacaqlı, hətta dilənçi durumuna dəstəyinizi əsirgəməyəcəyinizə ümid edirik.Ümumiyyətlə 6 saat qadağalı limit məsələsi mövcud durumda çox da yaxşı bir hal deyi. Əgər Miqdənkənar və Saxta Diplomluları işə götürəndən sonra bir neçə il işləyib dövlət büdcəsindən hər hansı məbləği alıb və ya, dövlətə vergi ödəyiblərsə ,burda qanunsuz nə var ki, axı? Elə isə bütün bu sistemin gedişatında ən böyük günahkarlar cəzalanmayıbsa bəs niyə sıravi müəllimlər cəzalandırılır? Axı onlar bir tikə çörəyinin ardı ilə gedən insanlardır…Onlar müəllimdir…Vəkil deyil ki, hüquqi və sənəd işlərinə bu qədər zaman ayırıb illərini qanunsuz olaraq üzlərinə bağlanan məktəb qapısını qanuni yolla açmaq üçün məhkəmə qapılarına üz tutaraq ömürlərini kimlərinsə günahı ucbatından düşdükləri çətin vəziyyətlərdə çürüdələr….Bu müəllimləri,xüsusilə qadın müəllimələrini məhkəmələrə düşməyə məcbur edən özünü “islahatçı” adlandıran nazirlik əməkdaşlarının ailələri, Anaları, Bacıları, övladları yoxdurmu? Onlarda insanlıq və vicdan deyilən bir hissin olmasına artıq adam şübhə edir…MK və SD kateqoriyalı müəllimləri zamanında DQ-a buraxmadılar.Əslində onları DQ-a buraxılmalı idilər və nəticələrinə əsasən dərs bölgüsü verməli idilər.Bu daha ədalətli qərar olardı..O zaman bu tip müəllimləri ” biz daimi müəllim kimi tanımırıq” deyən nazirlik əməkdaşları ,indi həmin kateqoriyadan olan müəllimləri artıq müddətsiz müəllim kimi tanıdıqları üçün MİQ-ə də buraxmadı..Əslində bu düzdür…Miq illərin təcrübəli müəllimləri üçün deyil,10 il müəllim işləyib 3 il müəyyən səbəblərdən fasilə verən və heç vaxt müəllim işləməyənlər üçün nəzərdə tutulmuş bir müsabiqədir..Fasiləsiz 10+ pedaqoji stajı olan müəllimi isə ya DQ-a ya da MİQ-in müsahibə mərhələsinə göndərmək daha məqsədəmüvafiq olmazdımı? Məhz bu qədər qanunsuzluqlara görə illərdir minlərlə müəllimi gülünc hüquqi əsası olmayan 6 saatlıq baryer tövsiyesi ilə linc etmək hansı insanlığa sığar axı?.Zatən əvvəlden səhv verilmiş bu tövsiyyəyə bir çarə tapmayan TN-in,bəs o müəllimlərin illərdir acınacaqlı duruma düşən ailələrindən bir xəbərləri varmı heç olmasa? Onlar müddətsiz işçi olduğu üçün 90-130 manat alır deyə dövlət hətta pandemiya ilə əlaqəli verdiyi 190 manat sosial yardımı da ödəməkdən imtina etdi .İnsanları bu qədər Dövlətdən və Dövlətçilikdən narazı salmaqda,canlarından bezdirib, ailələrində maddi və mənəvi sıxıntı yaşatmaqda  qərəzli və prinsipli TN əməkdaşlarının məqsədi nədir? Onların MK və SD titullu müəllimlərə vurduğu sosial, iqtisadi, maddi və mənəvi ziyanı bir ömür də çalışsalar kimsə ödəyə bilməz.Hətta illərlə 18 saat əvəzinə, 6 saata möhtac qalmış bu müəllimlərə aradakı fərqlə, yəni 12 saat hesabı ilə kompesasiya ödənilməlidir məncə.Bəlkə illərdi düşdükləri vəziyyətdən yalnız bu cür çıxış yolu tapılar. Bəzi TN əməkdaşları dövlətimizin işə bərpa məhkəmə qərarına belə əhəmiyyət vermədi.Onların yerinə başqa müəllimlər göndərdilər,amma əmək məcəlləsində 74-cü maddəsinin ll hissəsində göstərilib ki,işdən çıxarılan işçi öz yerinə bərpa olunmalıdır.Onun yerine götürülən işçiyə isə xitam verilməli və ya başqa işlə təmin olunmalıdır.Nə olsun ki, bütün bu maddələri müəllim də olsaq,vəkillər və hakimlər qədər əzbər bilirik…amma bu illər ərzində TN-ın heç bir əsasa söykənməyən şifahi 6 saat qadağa baryeri göstərişləri sayəsində biz qanuunları yalnız A4 üzərində yazılan bir qayda və ya tərif kimi əzbərlədik

Təhsil naziri Emin Əmrullayev!

Mən Sizə bu məktubu poçt və online də göndərərdim.Amma bilirəm ki, məktubum sizə çatmır,.gizlədilir və ya şablon cavablarla geri qaytarılır.Amma bu dəfə xahiş edirəm qərəzli və prinsipli TN əməkdaşlarına möhtac qoymayın…Bir insan kimi,azərbaycanlı müəllimi kimi xahiş edirəm sizdən.