Könül Məmmədova: “Prezident İlham Əliyev iyul ayında baş vermiş hərbi toqquşmanı bizim növbəti qələbəmiz kimi qiymətləndirib”

Davud Tarverdiyev – Rubin.az 

“Erməni təxribatına layiqli cavab
İyulun 12-də işğalçı Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alındı. Bu istiqamətdə gedən aktiv döyüşlər zamanı ordumuz öz gücünü, döyüş hazırlığını ortaya qoyaraq Qafqazda ən güclü ordu olduğunu bir daha sübuta yetirdi.
Hərbiçilərimizin şücaəti xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı”. Bu sözləri Göyçay rayon Qeydiyyat şöbəsinin rəisi Könül Məmmədova deyib. Onun sözlərinə görə, minlərlə həmvətənlərimiz orduya dəstək yürüşü keçirərək dövlətimizin, ordumuzun yanında olduğunu və ölkə Prezidenti , Ali Baş Komandan İlham Əliyevlə həmrəy olduğunu növbəti dəfə nümayiş etdirdi.
Nazirlər kabinetinin iclasında çıxışı zamanı Prezident İlham Əliyev iyul ayında baş vermiş hərbi toqquşmanı bizim növbəti qələbəmiz kimi qiymətləndirib. Dövlət başcısının dediyi kimi 2020-ci il 12 iyul döyüşləri və ondan sonra davam edən hərbi əməliyyatların Azərbaycan ordusunun şanlı tarixində öz yeri olacaq.
Bu döyüşlərdə Ermənistana layiq olduğu və haqq etdiyi cavab verilib və gələcəkdə də daha böyük miqyasda cavablar veriləcəkdir. Müdafiə nazirliyinin rəsmi məlumatlarına əsasən Azərbaycan tərəfi 11 şəhid vermişsə və bir neçə yaralanan olubsa, ermənilərə az qala 10 dəfə artığı ödədilib. Belə ki ermənilərin ölü və yaralı sayı 100 nəfərə yaxın olub.
Aprel döyüşlərində olduğu kimi iyul döyüşlərində də mənfur düşmənlərimiz öz faşist xislətinə sadiq qalaraq dinc əhalini hədəf seçib,yaşayış məntəqələrini atəşə tutub və bunun da nəticəsində 76 yaşlı dinc sakin Əziz Əzizov həlak olub. Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha göstərir ki, Ermənistan heç bir hüquqi normaları, insan hüquqlarını tanımayan faşist dövlətidir.
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində həlak olanlar arasında general və polkovniklərimizin olması göstərir ki, Azərbaycanın yüksək rütbəli hərbçiləri ön xətdə əsgərlərimizin yanındadır. General Polad Həşimovun və şəhid olan digər hərbçilərimizin son mənzilə yola salınması mərasimində edilən çıxışlar , xalqımızın vətənə sədaqət andı kimi səsləndi.
Altı günlük döyüşlər zamanı ermənilərin hədəf kimi seçdiyi Tovuz rayonu kəndlərinin hər bir sakini yüksək əzmkarlıq nümunəsi göstərdilər,təşvişə düşmədilər, kəndlərini tərk etmək onların ağıllarından belə keşmədi. Çünki onlar ordumuzun gücünə, rəşadətinə, Ali Baş Komandanına inanırlar. Bu kəndlərin hər sakini özünü ordumuzun əsgəri sanır. Məhz bu əzmkarlığın nəticəsində bu kəndlərin sakinləri “Evim mənim səngərimdir,”-deyir.
2016-cı ilin aprel döyüşləri kimi, 2020-ci ilin iyul döyüşləri də bir daha sübut etdi ki, Ermənistan açıq döyüşlərdə həmişə Azərbaycan silahlı qüvvələrinin qarşısında aciz qalıb, o, heç nəyə nail ola bilməyib Azərbaycan torpaqlarını yalnız təxribat nəticəsində ələ keçirə bilib. Onlar dərk etməlidir ki, bu gün Azərbaycanda xalqla dövlət, xalqla ordu arasında monolit,sarsılmaz birlik vardır.
İyul döyüşləri başlananda qardaş Türkiyə həmişə olduğu kimi,yenə də Azərbaycanın yanında olduğunu bəyan etdi. Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyanlardan biri olan dost Pakistan dövləti Azərbaycanın haqq işini dəstəkləyərək daim köməyə hazır olduğunu bildirdi.
Dünyanın bir cox dövlətləri, tanınmış siyasətçiləri,nüfuzlu mətbuat orqanları erməni məkrini, təxribatını pisləyən ,ifşa edən bəyanatlarla, yazılarla çıxış etdilər və bu proses bu gün də davam edir. Təəssüflər olsun ki,Azərbaycan Ermənistan münaqişəsinin dinc yolla nizamlanmasına, davamlı sülhün əldə edilməsinə məsul olan ATƏT-in Minsk qrupu baş verən olaylara, erməni təxribatına, təcavüzünə seyrci münasibəti bəsləyir,susmaqda davam edir. Minsk qrupunun üzvü olan Rusiya isə Ermənistanı daha fəal şəkildə silahlandırır. Bu isə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir.
Baş verən hadisələr, proseslər göstərir ki, Ermənistan dövləti öz tarixi boyu heç vaxt müstəqil olmamışdır.
Prezident İlham Əliyevin dediyi kimi “ Onların dırnaq arası müstəllik tarixi rüsvayçılıq tarixidir”
Çünki Ermənistan böyük güclərin əlində həmişə alətə çevrimiş, onların çirkin planlarının icraçısı olmuşdur. Öz havadarlarına arxalanan Ermənistanda Azərbaycan üçün belə təhlükəli durumda ən təhlükəli məqamlardan biri erməni faşizminin dirçəlməsidir. Bu gün ermənilər qlobal səviyyədə böyük xaosdan faydalanaraq faşist ambisiyalarını cidd-cəhdlə reallaşdırmağa çalışırlar. Bugünkü müasir milli idealogiyası Qaregin Nijdenin işləyib hazırladığı əsl faşist nəzəriyyəsidir.”Biz dövlət quruculuğunda Hitlerdən öyrənməliyik” deyən Nijde son illər erməni siyasi elitasının bütünə çevrilmişdir. Artıq müasir Ermənistanın siyasi elitası və bütün diaspora liderlərinin heç zaman faşist idealogiyasından imtina etməyəcəkləri gün kimi aydındır. Yüz minlərlə erməni gənci və məktəblisi Nijdenin pərəstişkarları,faşist idealogiyasının daşıyıcılarındandır. Vaxtilə Hitler almanlarla yəhudilərin, indi isə erməni faşistləri ermənilərlə azərbaycanlıların birgə yaşamasını qeyri-mümkün hesab edir.Ermənistan Azərbaycana yalnız hərbi təcavüz etməklə kifayətlənmir,bütün istiqamətlərdə və bütün instansiyalarda ölkəmizin təşəbüsslərinə qarşı çıxır.
İllər keçir, lakin Ermənistan müxtəlif bəhanələrlə danışıqlar masasını yarımçıq tərk edir, Azərbaycanın işğal olunmuş torpaqlarını tərk etməyi ləngidirlər.
BMT-nin Təhlükəsizlik şurasının qətnamələrini yerinə yetirməyən ermənilərə qarşı heç bir tədbir görülmür. Ermənistan isə işğal olunmuş Azərbaycan torpaqlarında Ermənistandan, eləcə də dünyanın müxtəlif ölkələrindən olan erməniləri məskunlaşdırmaqda davam edir.
Aparılan danışıqlarda Ermənistan dalana dirənəndə atəşkəsi pozur,müxtəlif təxribatlara əl atır. 12 iyul tarixdə Tovuz rayonunda ermənilərin törətdiyi təxribat da mahiyyət etibarilə əvvəlki təxribatlardan fərqlənmir.
Lakin Ermənistanın bu təxribatı iflasa uğradı, düşmən cəzasını aldı. Bu döyüşlər Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü bir daha sübut etdi. Hərbi əməliyyatların uğursuzluğunu dərk edən Ermənistan bütün dünyaya yalan məlumatlar verməklə əsl həqiqəti gizlətməyə, pərdələməyə cəhd etsə də Azərbaycan öz həqiqətlərini bütün dünyaya bəyan etdi.
Öz havadarlarına arxalanan Ermənistan bilir ki,Azərbaycanla təkbətək döyüşlərdə qısa müddətə məğlubiyyətə düçar olacaqdır. Tovuz döyüşləri göstərdi ki, Azərbaycanın tezliklə ərazi bütövlüyünü bərpa edəcəyi,üzləşdiyi təcavüzkarlığa son qoyacağı şəksizdir. Bütövlükdə Tovuz döyüşləri Azərbaycanın hərbi qüdrətinin Ermənistandan üstünlüyünün növbəti təsdiqi oldu.

Könül Məmmədova – Göyçay rayon Qeydiyyat şöbəsinin rəisi, ədliyyə müşaviri.