Bərdə rayonunda qanvermə aksiyası keçirilib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xeyirxah çağırışına qoşularaq Bərdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzi Qan Bankının Bərdə bölməsinin əməkdaşları tərəfindən Bərdə Mərkəzi Rayon Xəstəxanasında qanvermə aksiyası keçirilmişdir.
“Rubin.az”xəbər verir ki, aksiyada Bərdə Rayon İcra Hakimiyyətinin, YAP Bərdə Rayon Təşkilatının fəalları, rayon İcra Hakimiyyəti başçının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, bələdiyyələr, Bərdə Asan Xidmət mərkəzinin, Bərdə Dövlət İdarəetmə Kollecinin, rayon təhsil, səhiyyə, digər idarə müəssisə və təşkilatların kollektivləri, Rayon Gəncləri fəal iştirak ediblər. Aksiyada 103 nəfər qan vermişdir.