Şəhidimiz dəfn edildi – Video

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan əsgəri Daşdəmirov Xəyyam Məhəmməd oğlu son mənzilə yola salınıb. 

“Rubin.az” Qafqazinfo-ya istinadən  xəbər verir ki, 2002-ci il təvəllüdlü əsgər ilə vida mərasimi şəhidin doğulub boya-başa çatdığı İsmayıllı rayonunun Balik kəndində olub. Mərasimdə şəhidin ailə üzvləri, rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Xəyyam Daşdəmirov hərbi xidmətə 3 ay öncə yollanmışdı.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 4 nəfər şəhid olub, yaralılar var. Qarşı tərəf də itki verib.