Bərdədə güclü külək fəsadlar törədib – Fotolar

Bərdədə güclü külək bir sıra fəsadlar törədib.

Əsən güclü külək Nüşabə və Bakı küçəsində ağacları və iri budaqları qıraraq avtomobillərin üzərinə salıb.

Bəzi ərazilərdə isə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Aidiyyəti qurumlar fəsadların aradan qaldırılması üçün işlərə başlayıb.(Qafqazinfo)