Cümə, 16 Oktyabr 2026 00:11:47 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
16 Oktyabr 2026
SON XƏBƏRLƏR
Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34
Təhsil

Təhsil naziri istedadlı gənclərə müraciət edib

23.01.2020 16:19 · 439 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

 

Ölkə Prezidentinin sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-nə kimi davam edir. “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü Təhsil naziri Ceyhun Bayramov istedadları ilə fərqlənən şəxslərə dəvət ünvanlayıb.

Rubin.az-ın məlumatına görə, Təhsil naziri bildirib ki, ölkəmizdə istedadlı uşaqlarla iş ümumi təhsil müəssisələrindən başlayır. Onların seçilməsi və sonrakı inkişafının təmin edilməsi dövlətin təhsil sahəsindəki hədəflərindən biridir. Məhz bu işin nəticəsidir ki, ölkəmizi nüfuzlu beynəlxalq bilik yarışlarında və olimpiadalarda uğurla təmsil edənlərin, belə gənclərin ölkəmizə gətirdikləri medalların sayı ilbəil artır: “İstedadlı gənclər üçün təhsilin növbəti pillələrində də geniş imkanlar yaradılır, onların tam və hərtərəfli inkişafı üçün müxtəlif proqramlar təklif edilir. “Yüksəliş” müsabiqəsi dövlətin istedadlı şəxslərlə işin təşkilində növbəti addımı və onların inkişafına yönələn tədbirlərin davamıdır. Bu müsabiqə istedadlı, hazırlıqlı, XXI əsrin tələbləri səviyyəsində bacarıqlara sahib gənclər üçün çox böyük bir imkan yaradır. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəetmə bacarıqları yüksək olan perspektivli rəhbərlərin müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və bununla da ölkədə peşəkar kadr ehtiyatının artırılmasıdır. Müsabiqənin qalibi olan şəxslər fərdi inkişaf proqramı və təlimlərdə iştirak edəcək, tam idarəçi kimi yetişəcək və ölkənin gələcək inkişafında bilavasitə iştirak edəcək şəxslərdən biri olmaq imkanı əldə edəcək. “Yüksəliş” istedadlı şəxslər üçün yeni bir imkandır! “Yüksəliş”ə qoşulun, “Yüksəliş” sizinlə başlasın!”.

↑