Çərşənbə axşamı, 20 Oktyabr 2026 17:32:28 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
20 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00
Hadisə

Məktəb direktoru HƏBS EDİLDİ

03.12.2019 22:00 · 640 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Oğuz Peşə Məktəbinin direktorunun qanunsuz hərəkətləri barədə əldə edilmiş əməliyyat məlumatları əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bu barədə Təhsil Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətindən “Rubin.az”a verilən birgə məlumatda bildirilib.

Rəsmi məlumata görə, bu tədbirlərlə Oğuz rayonu, Bayan kəndində yerləşən Oğuz Peşə Məktəbinin direktoru Azər Nəcməddinovun məktəbin digər işçiləri vasitəsilə peşə məktəbində təhsil alan şagirdlərin “Kapitalbank” ASC tərəfindən təqdim edilmiş plastik kartlarından istifadə etməklə, 2017-2019-cu illər ərzində onların aylıq təqaüdlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib:

“Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmasını təmin etmək məqsədilə A.Nəcməddinovun, baş usta İmdad İsmayılovun, baş mühasib və digər işçilərin xidməti otaqlarında, yardımçı sahələrdə, o cümlədən A.Nəcməddinovun yaşadığı rayonun Kərimli kəndində yerləşən evində məhkəmə qərarı ilə axtarış aparılmış, peşə məktəbinin şagirdlərinə məxsus 39 ədəd plastik kart, şagirdlər tərəfindən təhsil haqqı kimi ödənildiyi bildirilmiş 600 manat pul və iş üzrə digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb”.

Bildirilib ki, istintaq zamanı toplanmış ilkin sübutlarla Azər Nəcməddinovun qeyd edilən qanunsuz hərəkətləri törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o şübhəli şəxs qismində tutulub:

“Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş şagirdlərin dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Təhsil Nazirliyi bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşlarına müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir”.

↑