Çərşənbə axşamı, 20 Oktyabr 2026 17:31:54 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
20 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00
Hadisə

“Elə bildim gödəkçə düşdü, sonra gördüm ki, Elinadır”

25.09.2019 23:51 · 696 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın növbəti məhkəməsi keçirilib.

“Rubin.az” Qafqazinfo-ya istinadən  xəbər verir ki, hakim Azər Tağıyevin icraatında olan prosesdə mərhum E.Hacıyevanın nümayəndəsi Emin İsayev vəsatət verərək Sevinc Abbasovanın həbs edilməsini istəyib: “O, şahidlərə təzyiq edir, prosesdən əvvəl onlarla danışıq aparır. Həmçinin jurnalistlərə açıqlama verərək Elina Hacıyevanın ölümünün səbəblərində valideynlərinin günahı olduğunu bildirir. Onun azadlıqda qalması cəmiyyətdə qıcıq yaradır”.

Hakim vəsatəti təmin etməyib.

E.Hacıyevanın məktəb yoldaşı Oqtay Hacıyev hadisənin necə baş verdiyini danışıb: “2-ci mərtəbəydim, birdən nəsə düşdüyünü gördüm. Əvvəl elə bildim kiminsə gödəkçəsi düşdü. Sonradan gördüm ki, qızdır. Qaçaraq aşağı düşdüm, sinif yoldaşım Hüseyn də mənimlə idi. Qızı yerdən götürüb direktorun otağına apardıq”.

Məktəb direktorunun katibəsi Nigar Məmmədova deyib ki, Elinanı uşaqlar gətiriblər: “Tibb bacısının otağına qalxdıq, bağlı olduğu üçün direktorun otağına gətirib uzandırdıq. Həmin vaxt otaqda direktor və müavinləri vardı. Elina həmin vaxtı suallara “yuxuluyam”, “heç nəyi başa düşmürəm”, “dərman içmişəm” kimi cavablar verdi. Məktəbə daha sonra polis gəldi, bir müddət sonra isə Xalidə xanım özünü çatdırdı. Elinanın bədənində hər hansı bir xəsarət yox idi. Sonra direktor təxminən saat 12-yə işləmiş təcili yardıma zəng elədi”.

Klinik Tibbi Mərkəzin uşaq cərrahı Əkrəm Çovdarov deyib ki, həmin günü növbədə olub: “Elinanı rentgen, ultrasəs müayinələrindən keçirdik. Cərrahiyyə əməliyyatına ehtiyac yox idi. İlkin diaqnozu mən, Vaqif doktor və şöbə müdiri İlqar doktor məsləhətləşərək çıxardıq. Müayinə olunması üçün Reanimasiya şöbəsinə göndərdik. İlk olaraq Elina Hacıyevaya sistem köçürdük. USM müayinəsində keçirmişik. Həmin vaxt ağciyərində ödəm var idi. Ona görə reanimasiyada konservatik müayinə aparılmalıydı.

Polislər gəlmişdi, Elinanı dindirmək istəyirdilər. Yetkinlik yaşına çatmadığı üçün valideynini çağırdılar. Atası içkili olduğu üçün ifadə verməsinə icazə verilmədi. Həmin vaxt rəhbərlik məni çağırdı. Orda dedilər ki, Xalidə xanımı yuxarı qaldırım. Mən də Xalidə xanımla reanimasiyaya qalxdım. Orada o Elinanı gördü”.

Prosesdə fasilə elan olunub.

↑