Çərşənbə axşamı, 20 Oktyabr 2026 19:09:37 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
20 Oktyabr 2026
SON XƏBƏRLƏR
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00
Hadisə

Bakıda arvad həbsdəki ərinə kotletin içində heroin keçirmək istədi – Foto

14.08.2019 00:14 · 395 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 və 16 saylı cəzaçəkmə müəssisələrinə narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Bu barədə “Rubin.az”-a   Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, Cinayət Məcəlləsinin 317-2.1; 67.1; 177.2.2; 177.2.3; 177.2.4; 191.3.1; 29.186.2.1; 29.186.2.2 və 228.2.1-ci maddələrinə əsasən, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Zəkiyev Qahir Mirəli oğluna Xırdalan şəhər sakini Əhmədov Qədir Adil oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatdakı püstələrin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 3,930 qram olan narkotik maddə – heroin aşkar edilib.

Daha bir analoji hadisə isə 16 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Belə ki, Cinayət Məcəlləsinin 234.1; 69.3; 93.1.2 və 66.5-ci maddələrinə əsasən, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum İlyasov Kənan Həsən oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı Sumqayıt şəhər sakini İlyasova Aygün Akif qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan plastik yemək qabındakı kotletin içərisində xüsusi üsulla gizlədilmiş bükülüdə ümumi çəkisi 1,172 qram olan narkotik maddə – heroin aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

↑