Cümə, 16 Oktyabr 2026 09:50:25 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
16 Oktyabr 2026
SON XƏBƏRLƏR
DİQQƏT: Bu yollarda tıxac var – SİYAHI (FOTO)16.10.2026 09:00 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34 DİQQƏT: Bu yollarda tıxac var – SİYAHI (FOTO)16.10.2026 09:00 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34
Gündəm

Baş Prokurorluq həkim cərrahla bağlı Səhiyyə Nazirliyinə təqdimat göndərib

19.01.2026 19:55 · 14 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Baş Prokurorluq həkim cərrah Rauf Xəlilovla bağlı Səhiyyə Nazirliyinə təqdimat göndərib.

Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, Qasımova Gülbəniz Mahir qızının 04.04.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən “HTC Cliniva Hospital”da həkim-ümumi cərrah Rauf Xəlilov tərəfindən “abdominaplastika” (qarın gərmə) əməliyyatının düzgün olunmaması səbəbindən səhhətinin ağırlaşması və həkim tərəfindən ondan qanunsuz ödənişlərin tələb edilməsi barədə müraciəti üzrə Nizami rayon prokurorluğunda araşdırma aparılıb.

Bildirilib ki, Nizami rayon prokurorluğunda aparılmış araşdırma zamanı çoxsaylı istintaq hərəkətləri icra olunub, o cümlədən komisyon məhkəmə-tibb ekspertizası təyin edilib. Ekspertizanın rəyinə əsasən Gülbəniz Qasımovanın məhkəmə-tibbi müayinəsi zamanı onda sağlamlığa zərərvurmanın qiymətləndirilməsində meyar kimi qiymətləndirilə biləcək hər hansı obyektiv morfoloji əlamət müəyyən ediməyib, habelə, “Herniotomiya, hernioplastika və abdominoplastika” əməliyyatını icra edən briqadanın tərkibinin normativ aktlara uyğun olması müəyyən edilib.

Qeyd olunanlar nəzərə alınaraq toplanmış material üzrə 01.09.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib və vətəndaşa hüquqları izah olunub.

Eyni zamanda, “HTC Cliniva Hospital”ın həkim cərrahı Xəlilov Rauf Qurban oğlunun fəaliyyətində yol verdiyi nöqsan və çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrar olunmamasına dair müvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluq tərəfindən Səhiyyə Nazirliyinə təqdimat göndərilib.

↑