Goranboyda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Todan kəndində baş verib. Hərəkətdə olan “Niva” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək maşını aşırıb. Qəza zamanı 23 yaşlı sərnişin İsa Rəhimov ölüb. 28 yaşlı sürücü Elşən Məmmədov isə xəsaərt alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.