Bazar ertəsi, 19 Oktyabr 2026 03:13:00 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
19 Oktyabr 2026
SON XƏBƏRLƏR
Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib (FOTO)18.10.2026 09:00 Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)17.10.2026 21:00 Müstəqilliyin ən yüksək zirvəsi dövlət suverenliyinin ölkənin hər bir qarışında tam təmin edilməsi oldu – Vüqar Rəhimzadə17.10.2026 18:00 Bakıda keçirilən NATO təlimi başa çatıb (FOTO/VİDEO)17.10.2026 15:00 Füzuli: Zəfərdən dirçəlişə uzanan yol17.10.2026 12:00 Zəfər xronikası. 17 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşım edib (FOTO)17.10.2026 09:00 BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib (FOTO)16.10.2026 21:00 Ramiz Mehdiyev YAP-ın sıralarından çıxarıldı16.10.2026 18:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib (FOTO)18.10.2026 09:00 Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)17.10.2026 21:00 Müstəqilliyin ən yüksək zirvəsi dövlət suverenliyinin ölkənin hər bir qarışında tam təmin edilməsi oldu – Vüqar Rəhimzadə17.10.2026 18:00 Bakıda keçirilən NATO təlimi başa çatıb (FOTO/VİDEO)17.10.2026 15:00 Füzuli: Zəfərdən dirçəlişə uzanan yol17.10.2026 12:00 Zəfər xronikası. 17 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşım edib (FOTO)17.10.2026 09:00 BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib (FOTO)16.10.2026 21:00 Ramiz Mehdiyev YAP-ın sıralarından çıxarıldı16.10.2026 18:00
Hadisə

Azərbaycanda vəzifəli şəxslər HƏBS EDİLDİ

17.08.2022 17:28 · 101 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun həmin klubun istifadəsində olan keçmiş “Məhsul stadionu” adlanan ərazinin satışı adı altında sahibkarlara məxsus pul vəsaitlərini ələ keçirmələri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.  

Baş Prokurorluqdan RUBİN.AZ-a verilən məlumata görə, aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən sözügedən stadion ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı Alik Həsənovun həmin vəzifədə işləyərkən eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon  manata sata biləcəyini bildirməsinə, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

Qeyd edilən hallarla bağlı toplanmış ilkin sübutlar əsasında Nadir Əliyev və Alik Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham elan edilərək, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirlir.

↑