Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşə hazır olduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Zelenski İtaliyanın “Rai” dövlət televiziyasına müsahibəsində danışıb.
“Biz razılığa gəlməliyik, mümkün görüşdə heç bir ilkin şərt qoyulmamalıdır”, – deyə Zelenski qeyd edib.
Zelenski 2014-cü ildə Rusiya tərəfindən qanunsuz ilhaq edilmiş Ukrayna ərazisi olan Krım məsələsinə də toxunub.
O vurğulayıb ki, Ukrayna heç vaxt Krımı Rusiya ərazisi kimi tanımayacaq.
“Biz Rusiyanın gələcəyi haqqında düşünməliyik, Rusiyada gələcəkdə başqa dövlət başçıları və yeni nəsillər də olacaq”, – Volodimir Zelenski Rusiyanın Ukraynanın qonşusu olduğuna işarə edərək deyib.