İsmayıllı rayonu, Lahıc qəsəbəsi ərazisində torpaq uçqunu zamanı bağlanan yol açılıb”.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib.
O qeyd edib ki, yolun hərəkət hissəsinə tökülən qaya parçalarının əsas kütləsi təmizlənərək hərəkət bərpa olunub.
10:40
İsmayıllı rayonu, Lahıc qəsəbəsi ərazisində torpaq uçqunu baş verib. Nəticədə yol kənarındakı bir neçə elektrik dirəyi aşıb, yol bağlanıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, Lahıcda torpaq uçqunu zamanı bağlanan yolun açılması istiqamətində işlər aparılır:
“Dağdan yolun hərəkət hissəsinə qaya parçaları uçub. Hazırda əraziyə texnika və canlı qüvvə cəlb edilib. Təxminən 40 dəqiqə ərzində yol qaya parçalarından təmizlənəcək”.