Bazar ertəsi, 19 Oktyabr 2026 09:31:05 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
19 Oktyabr 2026
SON XƏBƏRLƏR
Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib (FOTO)18.10.2026 09:00 Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)17.10.2026 21:00 Müstəqilliyin ən yüksək zirvəsi dövlət suverenliyinin ölkənin hər bir qarışında tam təmin edilməsi oldu – Vüqar Rəhimzadə17.10.2026 18:00 Bakıda keçirilən NATO təlimi başa çatıb (FOTO/VİDEO)17.10.2026 15:00 Füzuli: Zəfərdən dirçəlişə uzanan yol17.10.2026 12:00 Zəfər xronikası. 17 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşım edib (FOTO)17.10.2026 09:00 BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib (FOTO)16.10.2026 21:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib (FOTO)18.10.2026 09:00 Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)17.10.2026 21:00 Müstəqilliyin ən yüksək zirvəsi dövlət suverenliyinin ölkənin hər bir qarışında tam təmin edilməsi oldu – Vüqar Rəhimzadə17.10.2026 18:00 Bakıda keçirilən NATO təlimi başa çatıb (FOTO/VİDEO)17.10.2026 15:00 Füzuli: Zəfərdən dirçəlişə uzanan yol17.10.2026 12:00 Zəfər xronikası. 17 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşım edib (FOTO)17.10.2026 09:00 BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib (FOTO)16.10.2026 21:00
Hadisə

Prokurorluq iş yoldaşını öldürən şəxslə bağlı məlumat yaydı

07.05.2022 13:11 · 184 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Lənkəran Rayon Prokurorluğu ötən gün rayonda törədilmiş qətllə bağlı məlumat yayıb.

Prokurorluqdan “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, mayın 6-sı saat 12 radələrində rayon sakini,1995-ci il təvəllüdlü Sakit İbrahimzadənin bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı, 2000-ci il təvəllüdlü Hüseyn Nəzərli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sakit İbrahimzadənin sol bud nahiyəsinə bıçaqla xəsarət yetirib, sonuncu aldığı xəsarətdən aparıldığı xəstəxanada ölüb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, S.İbrahimzadə və H.Nəzərli iş yolaşı olublar, onlar telefon mağazasında birgə işləyiblər.

↑