ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.
Təbrik mətni diplomatik nümayəndəliyin “Twitter” səhifəsində paylaşılıb.
“Amerika Birləşmiş Ştatları bütün azərbaycanlıları və dünyada Ramazan bayramını qeyd edən hər kəsi müqəddəs Ramazan ayının bitməsi münasibəti ilə səmimi təbrik edir. Ramazan mayramınız mübarək!” – paylaşımda qeyd olunub.
Amerika Birləşmiş Ştatları bütün Azərbaycanlıları və dünyada Ramazan Bayramını qeyd hər kəsi müqəddəs Ramazan ayının bitməsi münasibəti ilə səmimi təbrik edir. Ramazan Bayramınız Mübarək!
oxu.az