Çərşənbə axşamı, 20 Oktyabr 2026 00:15:44 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
20 Oktyabr 2026
SON XƏBƏRLƏR
Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib (FOTO)18.10.2026 09:00 Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)17.10.2026 21:00 Müstəqilliyin ən yüksək zirvəsi dövlət suverenliyinin ölkənin hər bir qarışında tam təmin edilməsi oldu – Vüqar Rəhimzadə17.10.2026 18:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib (FOTO)18.10.2026 09:00 Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)17.10.2026 21:00 Müstəqilliyin ən yüksək zirvəsi dövlət suverenliyinin ölkənin hər bir qarışında tam təmin edilməsi oldu – Vüqar Rəhimzadə17.10.2026 18:00
Dünya

Zelenski Rusiya ilə müharibəni bitirməyə mane olan səbəbi açıqlayıb

20.04.2022 09:37 · 121 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Bizə yardımın istənilən gecikməsi düşmənlərimizin daha çox ukraynalını öldürməsinə səbəb olacaq”.

“Report”un məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski video-müraciətində açıqlama verib.

O bildirib ki, hazırda ölkəsinin ərazisində və sərhəd rayonlarında Rusiya ordusunun bütün döyüş qabiliyyətli hissəsi cəmləşib: “Onlar bizimlə mübarizəyə bütün döyüş qabiliyyətliləri yığıb atıblar. Buna görə də belə bir qarşıdurmada və müdafiə döyüşlərində bütün dünyanın gözü qarşısında gücünə görə ikinci və ya üçüncü sayılan orduya qarşı real olaraq, vuruşuruq. Silahlı Qüvvələrimiz elə möhkəm dayanıblar, bütün xalqımız elə cəsarətlə müdafiə olunur ki… Onlar nümayiş etdirirlər ki, qlobal reytinqdə Ukrayna ordusu çoxdan Rusiyadan yüksəkdə olmağa layiqdir”.

Zelenskinin sözlərinə görə, Ukrayna ehtiyac duyduğu və Rusiyanın istifadə etdiyi ilə üst-üstə düşən bütün silahları tərəfdaşlarından əldə edə bilsəydi, artıq müharibəni başa çatdırardı: “O halda biz sülhü qaytara və ərazilərimizi işğalçılardan azad edə bilərdik. Çünki Ukrayna hərbçilərinin taktika və müdriklikdə üstünlükləri tam aydındır”.

Dövlət başçısı qeyd edib ki, digər ölkələrdən olan həmkarları ilə hər bir təması zamanı, eləcə də bütün müraciət və müsahibələrində Ukraynanın tərəfdaşlarından illərlə anbarlarında silah saxlamalarının ədalətsizliyini vurğulayır: “Onlarda Ukraynaya lazım olan silahlar varsa, bizə vermələri, ilk növbədə, mənəvi borclarıdır. Bununla azadlığı müdafiə və minlərlə ukraynalının həyatını xilas etməyə köməklik göstərirlər. Hazırda aldığımız köməyi müharibənin ilk həftəsində əldə etsəydik, Ukraynaya və Avropanın azadlığına faydası daha çox olardı. Bəzi tərəfdaşlarımızdan yaxın həftələrdə planlaşdırılan hərbi yardımı alsaq, bu, minlərlə insanın həyatını xilas etməyə imkan verəcək. Ümidvaram ki, tərəfdaşlar bu tezisi eşidəcək və hər günün əhəmiyyətə malik olduğunu anlayacaqlar. Ukraynaya yardımın istənilən gecikməsi düşmənlərimizə daha çox ukraynalını öldürmək imkanı qazandıracaq”.

Qeyd edək ki, 19 aprelə olan məlumata görə, Ukraynada 20 800 rus hərbçisi öldürülüb.

↑