Bazar ertəsi, 19 Oktyabr 2026 13:32:14 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
19 Oktyabr 2026
SON XƏBƏRLƏR
Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib (FOTO)18.10.2026 09:00 Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)17.10.2026 21:00 Müstəqilliyin ən yüksək zirvəsi dövlət suverenliyinin ölkənin hər bir qarışında tam təmin edilməsi oldu – Vüqar Rəhimzadə17.10.2026 18:00 Bakıda keçirilən NATO təlimi başa çatıb (FOTO/VİDEO)17.10.2026 15:00 Füzuli: Zəfərdən dirçəlişə uzanan yol17.10.2026 12:00 Zəfər xronikası. 17 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşım edib (FOTO)17.10.2026 09:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib (FOTO)18.10.2026 09:00 Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)17.10.2026 21:00 Müstəqilliyin ən yüksək zirvəsi dövlət suverenliyinin ölkənin hər bir qarışında tam təmin edilməsi oldu – Vüqar Rəhimzadə17.10.2026 18:00 Bakıda keçirilən NATO təlimi başa çatıb (FOTO/VİDEO)17.10.2026 15:00 Füzuli: Zəfərdən dirçəlişə uzanan yol17.10.2026 12:00 Zəfər xronikası. 17 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşım edib (FOTO)17.10.2026 09:00
Gündəm

Dövlət orqanları Lerikdəki torpaq sürüşməsinin digər evlər üçün təhlükəsini araşdırır – YENİLƏNİB + FOTO/VİDEO

31.03.2022 08:29 · 220 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Lerik rayonunda baş verən torpaq sürüşməsinin digər evlər üçün təhlükəsi öyrəniləcək.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, torpaq sürüşməsinin baş verdiyi Lərmərüd kəndində əraziyə yaxın daha 5 ev var.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, fövqəladə hallar üzrə komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, FHN və ETSN-nin mütəxəssisləri rayona dəvət olunub. Əraziyə baxış keçirilib, lazımi prosedurlar həyata keçiriləndən sonra təbii hadisənin ətrafdakı evlər üçün nə dərəcədə təhlükənin olub-olmadığı müəyyən ediləcək.

“Hadisə baş verən ərazi – Lərmərüd kəndi rayon mərkəzindən 25 km aralıda yerləşir. Kənddə 50-60 il əvvəl də iri miqyaslı torpaq sürüşməsi baş verib. Dünən baş verən hadisə zamanı 1959-cu il təvəllüdlü Nəbulla Məmmədhüseyn oğlu Baxşıyevə məxsus təsərrüfat bütünlüklə bir neçə metr qalınlıqda torpaq qatı altında qalıb. Belə ki, 1975-ci ildə tikilən bir mərtəbəli, üç otaq və aynabənddən ibarət yaşayış evindən yalnız dam örtüyünün qalıqlarını görmək olur. Hadisə zamanı həmçinin içərisində 8 baş iribuynuzlu mal-qara olan tövlə, yardımçı tikililər də torpağın altında qalıb. Buna qalın torpaq qatının yağıntı nəticəsində yamacboyu aşağı doğru sürüşməsi səbəb olub”, – H.Məlikov deyib.

↑