Çərşənbə axşamı, 20 Oktyabr 2026 03:13:34 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
20 Oktyabr 2026
SON XƏBƏRLƏR
Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib (FOTO)18.10.2026 09:00 Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)17.10.2026 21:00 Müstəqilliyin ən yüksək zirvəsi dövlət suverenliyinin ölkənin hər bir qarışında tam təmin edilməsi oldu – Vüqar Rəhimzadə17.10.2026 18:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib (FOTO)18.10.2026 09:00 Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)17.10.2026 21:00 Müstəqilliyin ən yüksək zirvəsi dövlət suverenliyinin ölkənin hər bir qarışında tam təmin edilməsi oldu – Vüqar Rəhimzadə17.10.2026 18:00
Dünya

Ərdoğan Rusiya və Ukraynanı atəşkəsə çağırdı – Video

29.03.2022 12:36 · 120 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında danışıqlardan əvvəl hər iki ölkənin nümayəndə heyətləri ilə görüşüb.

“Qafqazinfo”nun məlumatına görə, Ərdoğan ilk olaraq nümayəndə heyətlərini salamlayıb:

“Sizi belə kritik bir zamanda qonaq etməkdən məmnunuq. Görüşlərinizin və danışıqlarınızın ölkələrinizə, regionumuza və bütün bəşəriyyətə faydalı olmasını arzulayıram. Liderlərinizin göstərişləri əsasında həyata keçirdiyiniz danışıqlar prosesi sülhə ümidləri artırdı və bütün dünyanı həyəcanlandırdı. Biz bu çərçivədə danışıqları ürəkdən dəstəkləyirik. Siz ölkələrinizin naminə böyük səylər göstərmisiniz, hələ də davam edirsiniz. Ona görə də öz adımdan və millətim adından sizi təbrik edirəm”.

Bununla yanaşı, Türkiyə Prezidenti tərəfləri atəşkəs rejiminin tətbiq edilməsinə çağırıb.

Onun sözlərinə görə, Türkiyə Rusiya və Ukrayna nümayəndə heyətlərinin işinin asanlaşdırılması üçün bütün lazımi dəstəyi göstərməyə hazırdır.

“Beşinci həftəsinə qədəm qoyan münaqişələr dostunuz və qonşunuz olaraq bizi çox kədərləndirir. Böhran başlayandan bəri biz bütün səviyyələrdə səmimi səylər göstərmişik. Çalışmışıq ki, aramızda olan qonşuluq, dostluğa görə bu hüququn tələblərini yerinə yetirək. Şəxsən mən bir çox həmkarımla gərgin diplomatik danışıqlar aparmışam. Xarici işlər nazirim, milli müdafiə nazirim və baş müşavirim İbrahim bəy də həmsöhbətləri ilə əlaqə saxlayırdı.

Münaqişənin uzadılması heç kəsə faydalı deyil. Müharibədə qalib tərəf olmur. Faciəni dayandırmaq tərəflərin üzərinə düşür. Türkiyə olaraq məsuliyyəti öz üzərimizə götürməkdən qaçmamışıq və qaçmırıq. Tezliklə atəşkəsə və sülhə nail olmaq hamının xeyrinədir. Hesab edirik ki, danışıqlardan konkret nəticələrin alınmalı olduğu dövrə daxil olmuşuq. İndiki mərhələdən etibarən siz nümayəndə heyətinin üzvləri kimi tarixi bir məsuliyyət daşımısınız. Bütün dünya sizdən xeyirli və şad xəbərlər gözləyir. Liderlərinizin rəhbərliyi ilə siz sülhün əsasını qoyursunuz. Biz işinizi asanlaşdıracaq hər cür töhfəyə hazırıq”, – deyə Ərdoğan vurğulayıb.

↑