Rusiya hərbçiləri Şepetovka-Kiyev elektrik qatarını atəşə tutub.
“Qafqazinfo” “Unian”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Ukrayna Dəmir Yolları”nın (“Ukrzaliznıtsa”) rəhbəri Aleksandr Kamışin açıqlayıb.
Bildirilir ki, hadisə Kiyev yaxınlığında Tarasovka stansiyasında baş verib. Nəticədə qatarın şüşələri sınıb, bir sərnişin xəsarət alıb.