Qazaxıstanın Səhiyyə Nazirliyi bir sıra dərman vasitələrinin və tibbi cihazların ölkə ərazisindən ixracına qadağa qoyur.
Modern.az xəbər verir ki, nazirliyin müvafiq əmrinin layihəsi cümə axşamı normativ hüquqi aktlar portalında ictimai müzakirələr üçün yerləşdirilib.
Sənəddə bildirilir ki, Qazaxıstan ərazisindən istənilən formada dərman vasitələrinin, o cümlədən əczaçılıq maddələrinin, tibbi cihazların, habelə onların istehsalı üçün materialların və komponentlərin ixracına altı ay müddətinə qadağa qoyulsun.
İstisna olaraq şəxsi istifadə üçün bir sıra tibbi mallar, o cümlədən ölkə ərazisindən tranzitlə daşınan mallar nəzərdə tutulub.Sərəncam layihəsinin ictimai müzakirəsi aprelin 6-dək davam edəcək.