“İşğalçı qüvvələr hücum potensialını itirib və bütün istiqamətlərdə dayandırılıb. Düşmənin maddi-texniki təminatı ilə bağlı ciddi problemləri var və itki verməkdə davam edir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının yaydığı məlumatda bildirilib.
“Ukrayna xalqının Rusiya işğalına qarşı qəhrəmancasına müqavimətinin 22-ci günü başa çatır”, – məlumatda qeyd olunub.
Yazılı açıqlamada Rusiya Silahlı Qüvvələrinin 4-cü Ordusunun 960-cı Hücum Aviasiya Alayının aviasiya hissələrinin xeyli itki verdiyi vurğulanıb.
Rusiyanın Qərb Hərbi Dairəsinin 252-ci motoatıcı alayının bölmələrinin xeyli itki verdiyi bildirilib.
