Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin uzadılmasını təklif edib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sənəd parlamentin saytında dərc olunub.
Prezidentin Ali Radaya təqdim etdiyi sənəddə Ukraynada hərbi vəziyyətin martın 26-dan etibarən daha 30 gün müddətinə uzadılması öz əksini tapıb.