BMT-in Ətraf Mühit Proqramının ekspertləri Qarabağa səfər ediblər.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında paylaşım edib.
Qeyd olunub ki, səfər zamanı ekspertlərə bölgənin ekoloji vəziyyəti göstərilib, gələcək inkişaf planı haqqında məlumatlar verilib.
Oxu.az