Macarıstanda ilk dəfə olaraq qadın prezident seçilib. Belə ki, ailə, gənclər və beynəlxalq əlaqələr naziri Katalin Novak yeni dövlət başçısı olub.
Məlumata görə, parlamentin 199 deputatından 137-si onun lehinə səs verib.
44 yaşlı Novakın seçkidəki rəqibi müxalifət koalisiyasının namizədi, 80 yaşlı iqtisadçı Piter Rona olub.
Qeyd edək ki, respublikada prezident parlament tərəfindən beş il müddətinə seçilir.
Oxu.az