Çərşənbə axşamı, 20 Oktyabr 2026 07:11:05 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
20 Oktyabr 2026
SON XƏBƏRLƏR
Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib (FOTO)18.10.2026 09:00 Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)17.10.2026 21:00 Müstəqilliyin ən yüksək zirvəsi dövlət suverenliyinin ölkənin hər bir qarışında tam təmin edilməsi oldu – Vüqar Rəhimzadə17.10.2026 18:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib (FOTO)18.10.2026 09:00 Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)17.10.2026 21:00 Müstəqilliyin ən yüksək zirvəsi dövlət suverenliyinin ölkənin hər bir qarışında tam təmin edilməsi oldu – Vüqar Rəhimzadə17.10.2026 18:00
Dünya

“Rusiya KTMT-ni Ukraynaya çəkmək istəyir” – Qırğız politoloq

09.03.2022 09:02 · 130 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
Martın 3-də Rusiya prezidenti Vladimir Putin KTMT-nin sülhməramlı fəaliyyətinə dair dəyişikliklərlə bağlı protokolu ratifikasiya üçün Dövlət Dumasına təqdim edib. Sənəd “Əlaqələndirici dövlət” konsepsiyasının tətbiqini nəzərdə tutur. Belə ki, BMT-nin sülhü təmin etmə əməliyyatlarında iştirak etmək üçün kollektiv qüvvələr “Əlaqələndirici dövlət”in nəzarətilə formalaşdırılmalıdır.
Rusiyanın KTMT-nin sülhməramlı fəaliyyətinə “əlaqələndirici dövlət” statusunun daxil edilməsi təşəbbüsü nədən xəbər verir? RUBİN.AZ  xəbər verir ki, Qırğızıstanlı politoloq Murat Beyşenovun AzVision.az –a dediyinə görə, KTMT-də “əlaqələndirici dövlət” anlayışı BMT-nin əməliyyatlarında iştirak etmək üçün kollektiv qüvvələri öz rəhbərliyi altında formalaşdıran dövlət deməkdir:

– Bu, Moskva üçün çox vacibdir. Düşünürəm ki, bu addım Rusiyaya əlindəki qüvvələri müəyyənləşdirməyə imkan verəcək. Söhbət müttəfiqlərdən gedir. Onların fəaliyyətini qanuni çərçivəyə salmaq lazımdır ki, Rusiyanı dəstəkləsinlər. Moskva gözləyir ki, bu statusun tətbiqi olunması reaksiyaları qat-qat sürətləndirəcək. Ümid edək ki, reaksiyalar təsirli olacaq və öz bəhrəsini verəcək. Çünki Rusiya təcrid olunaraq tək qalır. Müttəfiqlərdən dəstək yoxdur. Odur ki, bu prosedur, yəni “əlaqələndirici dövlət” anlayışının tətbiqi müttəfiqliyi hüquqi baxımdan möhkəmləndirəcək. Bu isə o deməkdir ki, Qazaxıstan, Qırğızıstan, Belarus, Ermənistan və Tacikistan kimi dövlətlər NATO formatında olduğu kimi, müəyyən əməliyyatlarda iştirak etməli olacaq, heç bir “bəhanə” tapa bilməyəcəklər. Ona görə də bu, Rusiya üçün çox vacib qərardır.


Beyşenovun sözlərinə görə, Qazaxıstanda qismən sülhməramlı əməliyyat keçirilməsi təcrübəsi var. “Bu təcrübədən istifadə olunacaq. Onsuz da bu münaqişə, Rusiyanın hərbi əməliyyatı gec-tez bitəcək. Sülhün necə olacağı bəlli deyil, amma mütləq fərqli olacaq: gərgin, kövrək. Belarusdan başqa KTMT-yə üzv olan ölkələrin heç biri Ukrayna ərazisində hər hansı fəaliyyətlə məşğul olmağa razılaşmayacaq. Amma hərbi əməliyyatlardan, hər şey bitəndən, danışıqlardan və saziş imzalanandan sonra “DXR” və “LXR” ərazilərində ola bilərlər və olacaqlar. BMT və bütün Qərb ölkələri KTMT-nin Ukrayna ərazisində sülhməramlı missiyasına razı olmayacaqlar, bu, əlbəttə ki, çətin olacaq”, – politoloq qeyd edib.

↑