Avropa İttifaqı Belarusla bağlı bəyanat yayıb.
AzVision.az xəbər verir ki, qurum bəyan edib ki, Belarus Ukraynadakı münaqişə vəziyyətində təcavüzkar sayılır. Həmçinin bəyanatda deyilir ki, Ukraynada baş verənlər “beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır, Avropa və qlobal təhlükəsizlik və sabitliyinə xələl gətirir”.
“BMT Baş Assambleyasının ötən həftə qəbul etdiyi qətnamə beynəlxalq ictimaiyyətin Rusiyanın təcavüzkar müharibəsinə qarşı həmrəy olduğunu göstərdi. Rusiya Belarusdakı rejim ilə can itkisi, yaralanma və dağıntılara görə məsuliyyət daşıyacaq”, – bəyanatda deyilir.
Qeyd edək ki, Belarus hakimiyyəti dəfələrlə bəyan edib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarında bir nəfər də olsun belarus əsgəri və ya hərbi texnikası iştirak etmir.