Cümə, 16 Oktyabr 2026 23:35:41 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
16 Oktyabr 2026
SON XƏBƏRLƏR
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib (FOTO)16.10.2026 21:00 Ramiz Mehdiyev YAP-ın sıralarından çıxarıldı16.10.2026 18:00 Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib (FOTO)16.10.2026 15:00 Ədliyyə Nazirliyinin tibb xidmətində işə girən hərbçilərə xüsusi rütbələr veriləcək16.10.2026 12:00 DİQQƏT: Bu yollarda tıxac var – SİYAHI (FOTO)16.10.2026 09:00 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib (FOTO)16.10.2026 21:00 Ramiz Mehdiyev YAP-ın sıralarından çıxarıldı16.10.2026 18:00 Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib (FOTO)16.10.2026 15:00 Ədliyyə Nazirliyinin tibb xidmətində işə girən hərbçilərə xüsusi rütbələr veriləcək16.10.2026 12:00 DİQQƏT: Bu yollarda tıxac var – SİYAHI (FOTO)16.10.2026 09:00 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00
Gündəm

COVID pasportları da ləğv edilsin – Ekspertdən TƏKLİF

08.03.2022 12:25 · 152 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən martın 6-dan Azərbaycanda karantin rejimi yumşaldılıb.

Qərara uyğun olaraq, dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna, dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə, bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə, masaj xidmətlərinin göstərilməsinə və sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə icazə verilib.

Karantin rejiminin yumşaldılmasının əhəmiyyəti barədə Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, yeni qərar bəzi xidmət sahələrində dövriyyənin artmasına səbəb olacaq:

“Bu həm əyləncə mərkəzləri, həm ictimai iaşə obyektləri, həm də xidmət  sahəsi ilə bağlıdır. Düşünürəm ki, məhdudiyyətlərin aradan qaldırılması iqtisadi aktivliyə müsbət təsir göstərə bilər”.

Ekspertin fikrincə, bundan sonrakı addımlarda bütün məhdudiyyətlərin, o cümlədən COVID-19 pasportlarının ləğvi gündəmə gəlməlidir:

“Məncə, artıq bunun heç bir mənası yoxdur. Ümid edirəm ki, Novruz bayramından sonra, təxminən aprel ayından bütün məhdudiyyətlər aradan qaldırılmalıdır. Belə olsa, daha yaxşı nəticə verər”.

“Düzdür, xüsusi karantin rejimi may ayının birinə qədər uzadılıb. Amma Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimini ləğv etmək səlahiyyəti var. Ümumilikdə isə doğru istiqamətdə gedilir. Yəni bu addımlar iqtisadi aktivliyə kömək edəcək.

Bir sıra Avropa ölkələrində olduğu kimi, bütün məhdudiyyətlərin tamamilə  aradan qaldırılması biznes fəaliyyətinin canlanmasına təkan verə bilər” – deyə N.Cəfərli vurğulayıb.

↑