Ukrayna Volodimir Zelenski ilə Vladimir Putin arasında birbaşa danışıqların aparılmasını istəyir.
“Qafqazinfo” unian.net-ə istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba telemarafonun efirində deyib.
“Prezidentimiz heç nədən, o cümlədən Putinlə birbaşa görüşdən qorxmur. Putin də qorxmursa, görüşə gəlsin, oturub danışsın”, – XİN rəhbəri bildirib.
O, həmçinin martın 10-da Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşünün planlaşdırıldığını təsdiqləyib.