Çərşənbə axşamı, 20 Oktyabr 2026 09:52:33 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
20 Oktyabr 2026
SON XƏBƏRLƏR
Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib (FOTO)18.10.2026 09:00 Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)17.10.2026 21:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib (FOTO)18.10.2026 09:00 Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)17.10.2026 21:00
Dünya

Ermənilər yasda: “Moskva Bəyannaməsi göstərdi ki, biz həqiqətən heç kimə lazım deyilik!..”

23.02.2022 18:02 · 123 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan və Rusiya arasında dünən Moskvada imzalanan Müttəfiqlik Bəyannaməsi, gözlənildiyi kimi, ən çox Ermənistandakı radikal-revanşistlərin və Qarabağda gizlənmiş separatçı tör-töküntülərin yuxusunu qaçırıb. Bu da tam məntiqlidir.

Ona görə ki, sənəd özündə Rusiyanın ölkəmizə verdiyi yeni strateji önəmi ehtiva eləməklə yanaşı, Ermənistanı daha da arxa plana keçirir. Eyni zamanda, Qarabağda erməni separatizminin təzədən dirçəlməsi üçün heç bir şans saxlamır.

Bu xüsusda düşmən tərəfin təlaşı artıq açıq şəkildə özünü büruzə verməyə başlayıb.

Məsələn, Musavat.com-un məlumatına görə, Armenianreport.com-un şərhçisi Qraçya Qalustyan özünün bugünkü məqaləsində yazır: “Əliyevin Moskvaya budəfəki səfəri zamanı Müttəfiqlik haqqında Bəyannamə imzalanıb. Hansı sənədin ki, 43 bəndindən hər biri praktiki olaraq Ermənistana zərbədir”.

Ardınca o, Moskvanı erməni maraqlarına xəyanətdə suçlayır: “Rusiya bizə xəyanət etdi. Biz indi həqiqətən heç kimə lazım deyilik. Tərəflər Rusiya və Azərbaycan silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyəti, o cümlədən birgə əməliyyat və döyüş hazırlığı təlimlərinin keçirilməsini, habelə ikitərəfli hərbi əməkdaşlığın digər sahələrini inkişaf etdirəcək. Bu, Bəyannamənin 13-cü bəndində öz əksini tapıb. Bu onu deməyə əsas verir ki, Moskva Bakıya ən müasir silahlarını verəcək”.

Bundan əlavə, müəllif Azərbaycan Prezidentinin erməni silahlı qüvvələrinin Qarabağdan tam çıxarılması ilə bağlı tələbinə də toxunub. “Əliyev Moskvada bəyan elədi ki, Ermənistanın bütün silahlı qüvvələrinin Qarabağdan çıxarılması və kommunikasiyaların açılması İrəvanın götürdüyü hüquqi öhdəliklərdir. Belə çıxır ki, ölkəmizin fikrini nəzərə almadan, bizi fakt qarşısında qoyaraq regiondakı vəziyyətlə bağlı razılaşmaq olar və lazımdır. Rusiya da bununla razıdır, Türkiyə də buna öz töhfəsini verir, İran da artıq yeni reallıqla barışıb. Demək, yaxın vaxtlarda Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılmasına başlanılacaq”, – deyə o, təşviş içində fikrini tamamlayıb.

“44 günlük müharibədən sonra üç mühüm Bəyannamə qəbul edilib – keçən ilin iyun ayında Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi, 2021-ci ilin noyabrında Türk Dövlətlərinin Zirvə toplantısında qəbul edilmiş İstanbul Bəyannaməsi və bu ilin fevralında imzalanmış Azərbaycan-Rusiya Müttəfiqlik Bəyannaməsi”.

Bunu isə Ermənistan baş nazirinin keçmiş müavini, “Ermənistan” (“Hayastan”) fraksiyasının deputatı Armen Gevorkyan Moskva Bəyannaməsi ilə bağlı bildirib.

Onun fikrincə, bu bəyannamələrin hamısı Azərbaycana maksimum təsir əldə eləməklə bağlıdır: “Bu təsir üçün Rusiya regiondakı əsas müttəfiqi Ermənistan hesabına kompromislərə getməyə, Türkiyə isə Ermənistanın hesabına Azərbaycanın regionda yeni üstünlüklər qazanmasına kömək etməyə hazırdır.

Bu zaman bir sual açıq qalır: Ermənistan bütün bunlardan nə əldə edəcək, daha dəqiqi, Ermənistan bundan sonra daha nələri itirəcək?”

Sabiq prezident, Xocalı hərbi canisi Serjik Sərkisyanın sədri olduğu Respublikaçılar Partiyasının (ERP) yaydığı bəyanatda isə Moskva Bəyannaməsi “Nikol Paşinyan hökumətinin təcili istefaya getməli olduğunu göstərən yeni siqnal” kimi qiymətləndirilir.

“Əgər sənin yeganə müttəfiqin (Rusiya – red.) düşməninlə (Azərbaycanla – red.) müttəfiq olursa, bu, ilk növbədə sənin zəifliyinin, səhvlərinin, hərbi-siyasi uğursuzluğunun və geosiyasi iflasının nəticəsidir,” – deyə ERP-in bəyanatında vurğulanır.

Ancaq kapitulyant ölkə düşdüyü mövcud ağır vəziyyətə, izolyasiya durumuna və faktiki “izqoy” (“tullantı”) statusuna görə heç kimdən deyil, ən əvvəl özündən inciməlidir. Üzləşdiyi ağır siyasi-iqtisadi, geosiyasi-hərbi, sosial-demoqrafik böhranın səbəblərini sırf özündə axtarmalıdır. Bundan ötrü isə 44 günlük müharibədəki acınacaqlı məğlubiyyətdən düzgün dərs götürmək şərtdir. Əfsus ki, bunu hələ görmürük…

↑