Ukraynanın Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Strateji Rabitə və İnformasiya Təhlükəsizliyi Mərkəzi çərşənbə axşamı Ukrayna Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrin, həmçinin “Privatbank” və “Oschadban”kın internet saytlarına DDoS hücumu barədə məlumat verib. Bu barədə xarici KİV-lər bildirilib.
Qeyd olinur ki, son bir neçə saat ərzində “Privatbank” kütləvi DDoS hücumuna məruz qalıb. “Privat24”ün istifadəçiləri ödənişlərdə və proqramın işləməsində problemlər olduğunu deyir. Bəzi istifadəçilər “Privat24”ə ümumiyyətlə daxil ola bilmir, balans və son əməliyyatlar göstərilmir. “Privat” əmanətçilərin vəsaitlərinə heç bir təhlükə olmadığına əmin edir. Kiberhücum yalnız “Privat24” tətbiqinə təsir edir. Qalan pul əməliyyatları həmişəki kimi həyata keçirilir. Həmçinin bildirilir ki, “Oschadbank”ın internet bankçılığı da işləmir. Bununla yanaşı Müdafiə Nazirliyinin və Ukrayna Silahlı Qüvvələrinin saytları da hücuma məruz qalıb. (Virtualaz.org)