Cümə, 16 Oktyabr 2026 22:44:32 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
16 Oktyabr 2026
SON XƏBƏRLƏR
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib (FOTO)16.10.2026 21:00 Ramiz Mehdiyev YAP-ın sıralarından çıxarıldı16.10.2026 18:00 Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib (FOTO)16.10.2026 15:00 Ədliyyə Nazirliyinin tibb xidmətində işə girən hərbçilərə xüsusi rütbələr veriləcək16.10.2026 12:00 DİQQƏT: Bu yollarda tıxac var – SİYAHI (FOTO)16.10.2026 09:00 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib (FOTO)16.10.2026 21:00 Ramiz Mehdiyev YAP-ın sıralarından çıxarıldı16.10.2026 18:00 Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib (FOTO)16.10.2026 15:00 Ədliyyə Nazirliyinin tibb xidmətində işə girən hərbçilərə xüsusi rütbələr veriləcək16.10.2026 12:00 DİQQƏT: Bu yollarda tıxac var – SİYAHI (FOTO)16.10.2026 09:00 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00
Gündəm

Dərmanlarla bağlı şikayətlərə nazirlikdən REAKSİYA

15.02.2022 18:48 · 149 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi dərmanlarla bağlı vətəndaşlara müraciət edib.

Qurumdan Modern.az-a verilən məlumata görə, Analitik Ekspertiza Mərkəzində əhalinin müraciət və şikayətlərinə diqqətlə baxılır və araşdırılır.

“Əgər vətəndaşda aldığı dərman preparatına dair hər hansı bir şübhə yaranarsa bununla bağlı Mərkəzin (012)596-07-12 nömrəli “Qaynar Xətt”inə müraciət edə bilər. Həmçinin, vətəndaşlarin Mərkəzin “Bir pəncərə” xidmətinə də yaxınlaşaraq dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi və effektivliyi ilə əlaqədar hər hansı şikayət və müraciəti etmək imkanı vardır. Müraciət edən vətəndaşların rahatlığını təmin etmək məqsədilə Mərkəzdə əlavə “Qaynar Xətt” nömrələri (012) 594-57-27 və (012) 594-57-37 bərpa edilmişdir.

Bundan əlavə, Mərkəzin rəsmi elektron aem@pharma.az ünvanına şikayət və müraciətlərini göndərə bilərlər. “Qaynar Xətt” nömrələri həftənin iş günləri saat 9:00-dan 18:00-a kimi fəaliyyət göstərir. “Qaynar Xətt” nömrələrinə, eləcə də Mərkəzin rəsmi sosial hesablarına dərman vasitələrinin sertifikatı, dövlət qeydiyyatında olan dərman vasitələri, satışına qoyulmuş qadağalar, alternativ dərman preparatları və s. bu kimi məlumatlarla bağlı vətəndaşlardan daxil olan müraciətlərə peşəkar mütəxəssislərimiz tərəfindən qısa müddət ərzində baxılaraq ətraflı məlumatlar verilir, dərman vasitələrinin keyfiyyəti ilə bağlı müraciətlər araşdırılır və lazımi tədbirlər görülür. Əhalini bu işdə daha fəal olmağa çağırırıq!”, – deyə məlumatda qeyd olunub

↑