Dünya İqtisadi Forumu işə başlayıb.
“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, iclasda bir çox ölkədən siyasətçi, akademik, iş adamı iştirak edir.
Onlayn formatda keçirilən konfransda Çin Prezidenti Si Cinpin, BMT-nin Baş katibi Antonio Quttereş, Avropa İttifqa Komissiyasının rəhbəri Ursula von der Leyen, Hindistanın Baş naziri Narenda Modi, İsrailin Baş naziri Naftali Bennet və başqaları əsas məruzəçilərdir.
Qlobal iqtisadi vəziyyət, koronavirusla bağlı durum, iqlim dəyişikliyi, IV Sənaye İnqilabında texnoloji əməkdaşlıq gündəmin əsas mövzularıdır.
Qeyd edək ki, Dünya İqtisadi Forumu koronavirus pandemiyası səbəbindən ötən il təxriə salınmışdı.