İranın paytaxtı Tehran şəhərində qatar relsdən çıxıb, nəticədə azı 22 nəfər xəsarət alıb.
“Qafqazinfo” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, yaralıların biri kritik vəziyyətdədir.
İnsident Çitqar stansiyasında baş verib. Qatar relsdən çıxaraq başqa bir qatarla toqquşub.


