ABŞ-ın Arkanzas ştatında təbii fəlakət faciə ilə nəticələnib. Belə ki, Monette şəhərində tornado qocalar evini dağıdıb.
Faciə nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.
Binanın dağıntıları altında daha azı 20 nəfərin qaldığı bildirilir.
Şəhərin başqa yerlərində dağıntıların olduğu barədə xəbərlər var.
Oxu.az